"Qarabağ"ın sabiq prezidentlərindən olan Yunus İldırımzadə klubun bazasını ziyarət edib. Matc.az xəbər verir ki, bu barədə məlumatı Ağdam təmsilçisi feysbuk səhifəsi vasitəsilə yayıb.

Komandanın məşqini izləyən İldırımzadə baş məşqçi Qurban Qurbanov və futbolçularla görüşüb, onlara uğurlar arzulayıb.

Qeyd edək ki, Yunus İldırımzadə 1990-cı illərin sonlarında "Qarabağ"a rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest