Braziliyanın əfsanəvi futbolçusu Rivaldo PSJ-nin hücumçusu Kilian Mbappenin "Real"a mümkün transferini dəyərləndirib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Barselona"nın sabiq ulduzu fransalının transfer qiymətini şişirdilmiş hesab edir.

O, həmin məbləğə heç bir futbolçunun layiq olmadığını düşünür: "Fransa mətbuatında oxumuşam ki, Mbappenin "Real"a keçidi 280 milyon avroya başa gələ bilər. Bu, bir futbolçu üçün çox böyük ödənişdi. Hətta Messi, Ronaldo və Neymarın da qiyməti 280 milyon avro deyil. Mbappenin istedadına şübhə etmirəm. Sadəcə, düşünürəm ki, heç kim bu pula dəymir. Bunlar futbol bazarının qanunlarıdı. Maliyyə dayağı böyük olan klublar ən yaxşı futbolçuları transfer edərək güclərini göstərirlər".

Qeyd edək ki, Mbappe ilə yanaşı, Eden Azar, Neymar, Miralem Pyaniç və Pol Poqba kimi ulduz futbolçuların da adı "Real"la yanaşı hallanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest