19 yaşadək futzalçılar arasında Avropa çempionatının əsas mərhələsinə yekun vurulub. Matc.az saytının məlumatına görə, 2-ci qrupda yer alan Azərbaycan yığması bu gün son oyununa çıxıb.

Sloveniyadakı Podçetrtek İdman Sarayında baş tutan qarşılaşmada millimizin rəqibi ev sahibləri olub. İlk iki görüşdə Kiprə (1:7) və Hollandiyaya (1:6) məğlub olan Ağatahir Əzimovun yetirmələri son qarşılaşmasında da darmadağınla üzləşib.

Qrupun digər oyununda isə Hollandiya Kipr üzərində 4:1 hesablı qələbə qazanıb. Bununla da maksimum nəticə göstərən Hollandiya qrup birincisi kimi final mərhələsinə adlayıb. Millimiz isə sonuncu olub.

 

Avropa çempionatının əsas mərhələsi

II qrup, III tur

Sloveniya – Azərbaycan - 9:1

Qollar: Matiç Qoznik, 0:26; Marko Byelçeviç, 11:19, 29:30; Tilen Qayser, 14:32, 38:18; Timoti Debelyak, 15:55; Marko Mohoriç, 18:17; Tod Kiuha, 27:40; Vanç Floryançiç, 31:57 - İqbal Pənahov, 39:21

Hakimlər: Damian Yaruçevis (Polşa), İvo Tsenov (Bolqarıstan), Marko Rotenfluh (İsveçrə)

Podçetrtek İdman Sarayı, Sloveniya

Azərbaycan: 1. Vladislav Reznov (q),2. İqbal Pənahov (k), 3. Tofiq Hüseynov, 7. Nurlan Mehdizadə, 10. Kənan Əsədli, 12. Niyaz Əhmədov (q), 4. Turan Əhmədov, 5. Rauf Rüstəmov, 6. Sabir Həsənov, 8. Hüseyn Qarayev, 9. Rafael Mütəllimov, 17. Nicat Quluzadə

Baş məşqçi: Ağatahir Əzimov

Sloveniya: 12. Maks Vidmar (q), 3. Matic Goznik, 6. Tilen Gajser, 10. Timotej Debeljak (k), 13. Jeremy Bukovec, 1. Jure Vetrih (q), 2. Matej Ahçin, 4. Maks Vesel, 8. Vanç Florjançiç, 11. Marko Bjelçeviç, 14. Marko Mohoriç, 15. Tod Ciuha

Baş məşqçi: Andrej Doboviçnik

 

1

Hollandiya

3

3

0

0

15-6

9

2

Sloveniya

3

2

0

1

19-6

6

3

Kipr

3

1

0

2

8-11

3

4

Azərbaycan

3

0

0

3

3-22

0

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest