21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Norveçlə oyununu nəhəng klubların skautları izləyib. Matç.az xəbər verir ki, bu barədə Norveç mətbuatı məlumat yayıb.

Bildirilir ki, Drammen şəhərində baş tutan və 1:1 hesabı ilə nəticələnən qarşılaşmada norveçlilərin yarımmüdafiəçisi Dennis Yonsen diqqət mərkəzində olub. Hazırda "Ayaks"ın formasını geyinən 20 yaşlı vingerlə bir çox klub maraqlanır ki, onlar arasında "Barselona", "Real" və "Bavariya"nın da olduğu vurğulanıb. Yonsenin yığmamız önündəki performansını canlı izləmək üçün klubların skautları "Marinlist" stadionunda iş başında olublar.

Qeyd edək ki, Dennis Yonsen "Ayaks"a ötən il "Herenven"dən keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest