"Təəsüsf ki, iki yarımepizod məğlubiyyətə səbəb oldu. Rəqib heç-heçə üçün gəlmişdi. Gedişatdan da bəlli idi, meydandakı hərəkətlərdən də. Bu da normaldı. Bizə çətin olsa da, yaxşı oynayırıq. Son vaxtlar çox yaxşı oyun göstəririk".

"Uduzmağımıza baxmayaraq, yaxşı oyun keçdi. Futbolçularımızdan həddən artıq razıyam. Onlardan ürəklə, ağızdolusu danışmaq istəyirəm". Matc.az saytının məlumatına görə, bunu "Zirə"nin baş məşqçisi Samir Abasov deyib.

Topaz Premyer Liqasının XXII turunda "Səbail"i qəbul edən "Zirə" son dəqiqədə buraxdığı qol sayəsində meydanı xalsız tərk edib - 1:2.

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abasovun məğlubiyyət şərhi belə olub: "Təəsüsf ki, iki yarımepizod məğlubiyyətə səbəb oldu. Rəqib heç-heçə üçün gəlmişdi. Gedişatdan da bəlli idi, meydandakı hərəkətlərdən də. Bu da normaldı. Bizə çətin olsa da, yaxşı oynayırıq. Maşallah, son vaxtlar çox yaxşı oyun göstəririk. ümid edirik ki, vaxt gələcək nəyəsə nail olacağıq".

- Oyundan sonra qalmaqal oldu. Nə baş verdi? Rəqib futbolçularının qələbəni çılğınlıqla qeyd etməyinə etiraz etdiniz?

- özüm də başa düşmədim nə oldu. İşarə vurdular ki, bizim futbolçularla onların oyunçuları arasında münaqişə olub. Gedib sakitləşdirdim. Ancaq bilmədim nə baş verib. Heç araşdırmaq da istəmirəm. Emosiyalar üzərində qurulur.

- Onların qələbəni belə qeyd etməsi sizə acıq oldu?

- Yox. Acığımıza gəlsə nə olacaq? Onda mən də qoşulub dava etməliyəm? Ancaq fikrim də yox idi. Bu olay önəmli deyil.

- Hakimlik haqda nə deyə bilərsiniz?

- Vaxtın həddən artıq uzanmasına görə narahat idim və narazılığımı bildirdim. Rəqibin sol cinah müdafiəçisi (Şəhriyar Rəhimov) ilk dəqiqələrdə futbolçumuza qarşı çox sərt oynamağına narazılığı bildirdim. Bizdə belə tendensiya var idi ki, bu cür epizoda reaksiya gəlmədi. Oyun həddən artıq yersiz uzanırdı.

- 3-cü yerdə gedən "Səbail"lə xal fərqiniz artıq 12-yə qalxdı. çempionatda medalçı olmağa şans, demək olar qalmadı?

- Xeyr, şansımızı qoyurub saxlayırıq. Hər oyunda qələbə qazanmaq bizə motivasiya olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest