"Valensiya" öz rekordunu təkrarlayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu, La Liqanın XXIX turunda "Sevilya" ilə qarşılaşmada baş verib.

Səfərdə 1:0 hesablı qələbə qazanan "yarasalar" məğlubiyyətsiz oyunlar seriyasını 16-ya yüksəldib. Bununla Marselinyonun yetirmələri 77 il əvvəlki rekordunu təkrarlayıb. Komanda 1941-42 mövsümündə də ardıcıl 16 oyunda uduzmayaraq, klub rekordunu müəyyənləşdirmişdi.

Qeyd edək ki, "Valensiya" ötən mövsüm Marselinyonun rəhbərliyi altında ardıcıl 15 oyunda məğlub olmamışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest