"Xəzər Lənkəran"ın sabiq futbolçusu Kristian Kabral ölkəsi Braziliya mətbuatına açıqlamasında maraqlı fikir səsləndirib. Matc.az saytı xəbər verir ki, hələ də karyerasını davam etdirən 39 yaşlı yarımmüdafiəçi Azərbaycanda çıxış etdiyi dönəmdə başına gələn maraqlı bir hadisəni danışıb.

O, "Xəzər Lənkəran"da olarkən təlim-məşq toplanışına yollandıqları zaman Almaniyada polis tərəfindən saxlanıldığını söyləyib: "Komandamız mövsümöncəsi hazırlıqlarını Türkiyənin Antalya şəhərində keçirirdi. Mən Braziliyaya yollanırdım. Hər şey normal idi. Amma təyyarə Frankfurtda endi. Almaniyada olanda məni hava limanında saxladılar. Dindirmək üçün polis bölməsinə apardılar. Saçıma və saqqalıma görə məni terrorçu zənn etmişdilər".

Qeyd edək ki, 2010-cu ildə qısa müddət "Xəzər Lənkəran"ın formasını geyinmiş Kristian Kabral 20 illik peşəkar karyerası ərzində 25 klub dəyişib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest