"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen tarixə düşüb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, buna "Liverpul"la görüşdə nail olub.

Premyer Liqanın XXXII turundakı qarşılaşmada komandasının yeganə qoluna assistlik edən danimarkalı oyunçu ardıcıl 4-cü mövsümdü ki, minimum 10 məhsuldar ötürmə həddinə çatıb. 27 yaşlı orta sahə oyunçusu bununla "Mançester Yunayted"in əfsanəvi futbolçusu Devid Bekhemin rekordunu təkrarlayıb. Bekhem 1997-98, 1998-99, 1999-2000 və 2000-01 mövsümündə 10 assist səddinə çatmışdı.

Qeyd edək ki, "Liverpul" - "Tottenhem" oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest