çexiya Gənclər Liqasında pley-off mərhələsinə start verilib. Matc.az saytının məlumatına görə, ilk oyunda 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının yarımmüdafiəçisi Fərid Nəbiyevin komandası "Slaviya" meydana çıxıb.

Praqa təmsilçisi səfərdə "Teplitse" ilə üz-üzə gəlib. İlk hissədə rəqibi 2 dəfə mərkəzə dəvət edən "Slaviya" fasilədən sonra daha 5 cavabsız qol vuraraq, rəqibini darmadağın edib - 7:0.

90 dəqiqəni əvəz edilmədən keçirən Fərid 49, 78 və 82-ci dəqiqədə fərqənərək, het-trikə imza atıb. Bununla qollarının sayını 15-ə çatdıran Nəbiyev bombardirlər yarışında ilk pilləyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest