"Qarabağ" - "Molde" sabah qarşılaşma ərəfəsində son hazırlıqlarını görəcəklər

Avropa Liqasının qrup mərhələsində keçiriləcək "Qarabağ" – "Molde" oyunundan öncə keçiriləcək mətbuat konfranslarının və son açıq məşqin vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, komandalar sabah qarşılaşma ərəfəsində son hazırlıqlarını görəcəklər.
 
İlk olaraq "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov saat 13:30-da görüşün baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionunda media önünə çıxacaq. Ağdamlılar saat 17:30-da "Azersun Arena"da son məşqini edəcək.
 
"Molde"nin çalışdırıcısı Erlinq Moenin mətbuat konfransı saat 18:30-a planlaşdırılıb. Norveç klubu bundan yarım saat sonra məşqinə çıxacaq.
Qeyd edək ki, sentyabrın 21-də keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest