"France Football" futbolçulardan sonra ən yüksək ödənişli baş məşqçilərin adlarını açıqlayıb. Matc.az-ın nəşrin rəsmi saytına istinadən məlumatına görə, 2018-19 mövsümündə ən çox pul qazanan mütəxəssis "Atletiko"nun baş məşqçisi Dieqo Simeonedi.

Argentinalı mütəxəssisin cari mövsümdə maaş, reklam və mükafat - hamısı birlikdə gəliri 41 milyon avro təşkil edir. İkinci sırada "Mançester Yunayted"in istefaya göndərdiyi Joze Mourinyo qərarlaşır. Maraqlıdı ki, 3-cü yerin sahibi də artıq çalışmır. Bu, qısa müddət "Monako"ya rəhbərlik edən Tyerri Anridi.

Həmçinin "Arsenal"ın əfsanəvi çalışdırıcısı Arsen Venger də siyahıya düşə bilib.

 

Ən gəlirli 20 məşqçi:

1. Dieqo Simeone ("Atletiko") - 41 milyon avro

2. Joze Mourinyo ("Mançester Yunayted": sabiq baş məşqçi) - 31 milyon

3. Tyerri Anri ("Monako": sabiq baş məşqçi) - 25,5 milyon

4. Pep Qvardiola ("Mançester Siti") - 24 milyon

5. Ernesto Valverde ("Barselona") - 23 milyon

6. Arsen Venger ("Arsenal": sabiq baş məşqçi) - 20,5 milyon

7. Fabio Kannavaro ("Quançjou Everqrand", çin yığması) - 15 milyon

8. Massimiliano Alleqri ("Yuventus") - 13,5 milyon

9-11. Marçello Lippi (çin yığması) - 13 milyon

9-11. Yurgen Klopp ("Liverpul") - 13 milyon

9-11. Leonardo Yardim ("Monako") - 13 milyon

12. Karlo Ançelotti ("Napoli") - 12 milyon

13. Antonio Konte ("çelsi": sabiq baş məşqçi) - 11,3 milyon

14. Mauritsio Poçettino ("Tottenhem") - 10 milyon

15. Luçano Spalletti ("İnter") - 8,3 milyon

16-18. Vitor Pereyra ("Şanxay Telleys") - 7,5 milyon

16-18. Niko Kovaç ("Bavariya") - 7,5 milyon

16-18. Zinəddin Zidan ("Real") - 7,5 milyon

19-20. Unai Emeri ("Arsenal") - 7 milyon

19-20. Draqan Stoykoviç ("Quançjou Fuli") - 7 milyon

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest