"İnter"in sabiq baş məşqçisi Luici Simoni keçmiş yetirməsi braziliyalı Ronaldo ilə onun "Yuventus"dakı adaşı Kriştianunu müqayisə edib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, 79 yaşlı mütəxəssis "yekədiş"i üstün tutub.

O, "sambaçı"nın tam fərqli oyun sərgilədiyini bildirib: "Mənim Ronaldom daha mükəmməl və qeyri-adi futbolçu idi. İki fərqli üslubda oyunçulardı. Kriştianu əla oyunçudu, amma "fenomen" tam fərqli olub".

Qeyd edək ki, Luici Simoni 1997-1998 mövsümündə "İnter"i çalışdırıb. Ronaldo da məhz 1997-ci ildə "neradzurra"ya keçib və 2002-ci ilə qədər orda çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest