Milan", "Latsio" (hər ikisi İtaliya), "Mançester Siti", "Çelsi" (hər ikisi İngiltərə), "Ayaks" (Hollandiya), "Porto" (Portuqaliya) kimi klubların qatılacağı yarışda ümumilikdə 72 komanda 8 qrupda mübarizəyə başlayacaq

"Qəbələ"nin 12 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə iştirak edəcək. Matc.az saytının məlumatına görə, Elnur İmanquliyevin baş məşqçisi olduğu U-12 aprelin 5-dən 7-dək Türkiyədə təşkil olunacaq ənənəvi "İzmir Cup"da qüvvəsini sınayacaq. Komanda sabah qonşu ölkəyə yollanacaq.

"Milan", "Latsio" (hər ikisi İtaliya), "Mançester Siti", "çelsi" (hər ikisi İngiltərə), "Ayaks" (Hollandiya), "Porto" (Portuqaliya) kimi klubların qatılacağı yarışda ümumilikdə 72 komanda 8 qrupda mübarizəyə başlayacaq. "Qəbələ" G qrupunda qüvvəsini sınayacaq. "Qırmızı-qaralar" aprelin 5-də "Benfika" (Portuqaliya), "Brügge" (Belçika), "Valensiya" (İspaniya) və "Qrasshopers"lə (İsveçrə) qarşılaşacaq. Qrup mərhələsinin ikinci günündə təmsilçimizin rəqibləri "Ankaragücü" (Türkiyə), "Kardiff" (Uels), "Göztəpə" (Türkiyə) və "Tvente" (Hollandiya) olacaqlar.

Hər qrupda ilk dörd yeri tutan komandalar aprelin 7-də final mərhələsində mübarizə aparacaqlar. Digər iştirakçılar isə 33-72-ci yerlər uğrunda matçlar keçirəcəklər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest