Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2019" superturnirində bu gün IV turun görüşləri keçirilib. Matc.az saytının məlumatına görə, Azərbaycan şahmatçılarından Şəhriyar Məmmədyarov ağ, Teymur Rəcəbov qara fiqurlarla çıxış edib.

Məmmədyarov çexiyalı David Navara, Rəcəbov isə hollandiyalı Aniş Giri ilə heç-heçə oynayıb. ümumiyyətlə, turun bütün görüşlərində tərəflər yarım xala qane olublar.

"ShamkirChess 2019"

IV tur

3 aprel

Veselin Topalov (Bolqarıstan) - Maqnus Karlsen (Norveç) - 0,5:0,5

Dinq Liren (çin) - Vişvanatan Anand (Hindistan) - 0,5:0,5

Sergey Karyakin (Rusiya) - Alekandr Qrişuk (Rusiya) - 0,5:0,5

Aniş Giri (Hollandiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5

Şəhriyar Məmmədyarov (Azərbaycan) - David Navara (çexiya) - 0.5:0.5

Turnir cədvəli: 1. Maqnus Karlsen – 3 xal, 2-3. Dinq Liren, Sergey Karyakin – 2.5 xal, 4-6. Vişvanatan Anand, Teymur Rəcəbov, Veselin Topalov – 2 xal, 7-10. Aleksandr Qrişuk, Aniş Qiri, Şəhriyar Məmmədyarov, David Navara - 1.5 xal.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest