Türkiyə I liqasında XXVII turun oyunları keçirilir. Matc.az saytının məlumatına görə, Azərbaycan millisinə dəvət almış iki futbolçu bu turda üz-üzə gəlib.

Belə ki, Dəniz Yılmazın komandası "Gənclərbirliyi" Ufuk Budakın formasını geyindiyi "Boluspor"u qəbul edib. 2 qolun vurulduğu qarşılaşmada komandalar hərəyə 1 xalla kifayətlənib - 1:1. Dəniz görüşü ehtiyatdan izləməklə kifayətlənibsə, Ufuk 90 dəqiqə meydanda mübarizə aparıb.

Qeyd edək ki, "Gənclərbirliyi" hazırda 55 xalla turnir cədvəlinə başçılıq edir, "Boluspor" isə 9-cu pillədə (39 xal) qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest