Mövsümə elə də uğurlu start götürməyən "Real"da zədəli futbolçular bir-bir sağalır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, artıq 4 aparıcı oyunçu kollektivlə birlikdə məşqlərə qoşulub.

 

Söhbət müdafiəçi Marselo, yarımmüdafiəçi İsko, həmçinin hücumçular Qaret Beyl və Kərim Benzemadan gedir. Adıçəkilən futbolçular həftəsonu La Liqanın IX turunda "Levante" ilə görüşdə məşqçilər korpusunun ixtiyarında olacaq. Digər zədəli müdafiəçi Dani Karvahal isə hazırda bərpa dövrünü keçir.

 

Qeyd edək ki, "Real" – "Levante" oyunu oktyabrın 20-də keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest