"Mançester Yunayted" müdafiəçisi Luk Şounu itirib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, bu, Premyer Liqanın XXXIII turunda "Vulverhempton"la qarşılaşmada baş verib.

38-ci dəqiqədə sarı vərəqə alan cinah oyunçusu bununla cəzalı duruma düşüb. çünki bu, 34 yaşlı futbolçunun bu mövsüm Premyer Liqada 10-cu sarı vərəqəsi olub. İndi Şou "Vest Hem" və "Everton"la qarşıdakı iki tur matçını buraxmalı olacaq. Maraqlıdı ki, Şou dünənki oyunda sarı vərəqə almasaydı, cəza almaq üçün nəzərdə tutulan müddət bitəcək və futbolçunun vərəqələri silinəcəkdi.

Qeyd edək ki, "Vulverhempton" - "Mançester Yunayted" oyunu birincilərin 2:1 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest