UEFA PSJ klubuna cəza kəsib. Matç.az saytı xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Buna səbəb çempionlar Liqasının qrup mərhələsində "Srvena Zvezda" ilə II tur görüşünün gec başlaması olub. Ev sahiblərinin 6:1 hesabı ilə qalib gəldikləri qarşılaşmadakı gecikməyə görə, parislilər 20 min avro cərimələnib. Eyni zamanda fransalı fanatların oyun ərzində davranışına görə, araşdırmaya başlanılıb.

Qeyd edək ki, matçın danışılmış olması şübhəsi ilə bağlı da araşdırma aparılır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest