Azərbaycan millisi ilə yoldaşlıq görüşləri keçirəcək futzal üzrə Latviya yığmasının heyəti açıqlanıb. Matc.az-ın yerli mətbuata istinadən məlumatına görə, baş məşqçi Artur Şketov 14 oyunçuya dəvət göndərib.

Yığmamızın rəqibi aprelin 8-də bir araya gələrək təlim-məşq toplanışına başlayacaq. Oyunlar isə aprelin 11-də və 12-də Liepaya Olimpiya Mərkəzində baş tutacaq.

Qapıçılar: Kaspar Neret ("Beytar"), Ayqar Bondar ("Rezekne")

Meydan oyunçuları: Maksim Sen, German Matyuşenko (hər ikisi "Nikars"), Artur Yerofeyev, Matis Babri (hər ikisi "Petrov"), Aleksandr Kuleşov, Artur Kuleşov (hər ikisi "Beytar"), Yanis Pastar ("Akana Orzel"), Dmitri Borisov ("Rezekne"), Riçard Rasçevski, Yuri Halimon (hər ikisi "LDZ Karqo"), Artur Strazdin, Roman Rojkovski (hər ikisi RABA).

Qeyd edək ki, millimiz aprelin 15-də və 16-də Serbiyada yerli komanda ilə yoldaşlıq görüşləri keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest