"Real"ın müdafiəçisi Rafael Varan ilk təklifini alıb. Matc.az saytının AS nəşrinə istinadən məlumatına görə, PSJ fransalı futbolçuya "elçi düşüb".

Fransa klubu milli üzvünü ölkəyə qaytarmaq üçün madridlilərlə danışıqlara başlayıb. Parislilər 26 yaşlı oyunçunu hazırkı kapitan Tiaqo Silvaya layiqli əvəzləyici hesab edir. Sabiq "Lans"lı futbolçu özü də komandasını dəyişməkdə qərarlıdı və bu fikrini klub rəhbərliyinə çatdırıb.

Qeyd edək ki, Rafael Varanın "Real"la müqavilə müddəti 2022-ci ilin yayına qədərdi. "Kral klubu" onun satışından 100 milyon avro gəlir götürmək istəyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest