Topaz Premyer Liqanın XXIII turunda "Keşlə"ni qəbul edəcək olan "Sumqayıt" hazırlıqlarını davam etdirir. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "kimyaçılar" baş məşqçi Ayxan Abbasovun rəhbərliyi altında Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında növbəti məşqini keçirib.

Zədəli olan Əfran İsmayılov hazırlıq prosesində iştirak etməyib. 1.5 saat davam edən məşqdə topla müxtəlif hərəkətlər və bir sıra taktiki gedişlər üzərində çalışılıb. Hazırlığa ikitərəfli oyunla yekun vurulub.

Qeyd edək ki, aprelin 6-da "Kapital Bank Arena"da keçiriləcək "Sumqayıt" – "Keşlə" qarşılaşması saat 16:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest