Qalmaqallardan heç cür qurtula bilməyən "Real"ın hücumçusu Kərim Benzema yenidən gündəmə gəlib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, fransalı forvard bu dəfə insan oğurluğunda günahlandırılır.

Məsələ burasındadı ki, keçmiş meneceri Leo Dsouza futbolçunun onu qaçırmağa cəhd etdiyini əsas gətirərək, məhkəməyə müraciət edib. Menecer PSJ – "Lion" görüşü  zamanı bir qrup şəxsin onu qaçırmağa çalışdığını və onların Benzemanın qohumları olduğunu vurğulayıb.

Yayılan məlumatlara görə, ikili arasında borc problemi olub. Fransa polisi məsələ ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest