Joze Mourinyo tezliklə yenidən iş başında olacaq. Matc.az saytının "Sky Sport"a istinadən məlumatına görə, portuqaliyalı mütəxəssis İtaliyada çalışmağa hazırlaşır.

Mourinyo hazırda "İnter" və "Roma"nın maraq dairəsindədi. çalışdırıcı A seriyası təmsilçiləri ilə hətta danışıqlara başlayıb. 46 yaşlı məşqçi "İnter"ə qayıtmaqda daha çox maraqlıdı. O, illik 8-10 milyon avro maaşa da razıdı. "Neradzurra"da onun namizədliyini ən çox klubun vitse-prezidenti Xavyer Zanetti dəstəkləyir.

Qeyd edək ki, Joze Mourinyonun son iş yeri "Mançester Yunayted" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest