Qətər çempionatında XXI turun oyunları keçirilib. Matc.az saytının məlumatına görə, sona bir tur qalmış ölkə çempionunun adına aydınlıq gəlib.

Ən yaxın izləyicisi məğlub olan "Əl-Sədd" öz meydanında "Əl-Əhli" üzərində böyükhesablı qələbə (7:2) qazanaraq, çempionluğunu rəsmiləşdirib. Bununla da sabiq "Barselona"lı Xavi Ernandes karyerası ərzində növbəti tituluna yiyələnib.

Qeyd edək ki, "Əl-Sədd" 14-cü dəfə Qətər çempionluğunu əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest