"Barselona" kapitan Lionel Messiyə yeni müqavilə təklif edəcək. Matc.az xəbər verir ki, bunu klub prezidenti Xosep Bartomeu ESPN-ə açıqlamasında söyləyib.

O bildirib ki, argentinalı superulduz hələ uzun müddət futbol oynamaq gücündədi: "Messinin müqaviləsini yeniləmək istəyirik. O, hələ gəncdi. Bunu oyunlardakı çıxışlarından görə bilərsiniz. Hər gün daha çox inkişaf edir. Messinin oyunundan daha çox həzz almaq üçün onun bundan sonra da uzun müddət burda qalmasını istəyirik. Hamı ona heyrandı, artıq rəqib meydanlarında da Messini alqışlayırlar".

Bartomeu Messidən sonrakı dönəmə hazırlaşdıqlarını da vurğulayıb: "Messi öz gücünə bələddi, kluba xeyir vermədiyinə inandığı gün getmək istəyəcək. Biz də gələcəyə hazır olmalıyıq. Leo bizim liderimizdi, dünyanın ən yaxşısıdı. Amma əbədi heç nə yoxdu. Hesab edirəm ki, 3-4 il sonra karyerasını bitirmək istəyəcək. Bu üzdən komandamızı Messidən sonrakı eraya hazırlayırıq. çünki "Barselona" hər zaman olduğu kimi, zirvədə qalmalıdı".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest