Mövsüm başa çatmamış "Qarabağ"da ilk ayrılıq reallaşıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, qapıçı Hannes Halldorsson Ağdam klubundan gedib.

Belə ki, İslandiya millisinin qolkiperi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. ötən yayda "Qarabağ"a keçən Hannes Halldorsson bu mövsüm 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydana çıxıb.

Qeyd edək ki, bir neçə gün əvvəl albaniyalı müdafiəçi Ansi Aqolli də "Qarabağ"dan ayrılaraq, ABŞ-a köçmüşdü.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest