"Qarabağ"la vidalaşan İslandiya millisinin qapıçısı Hannes Halldorssonun yeni klubu müəyyənləşib. Matc.az xəbər verir ki, bu, İslandiya "Valür"üdür. Təcrübəli qolkiper Reykyavik təmsilçisinə azad agent kimi keçəcək. İslandiyada yeni mövsümə aprelin 27-də start veriləcək. Məhz bu səbəbdən, Halldorsson Azərbaycan klubu ilə yollarını indidən öz istəyi ilə ayırıb. "Valür" ilk turda "Vikinqur"u qəbul edəcək. Həmin gün bu qapıçının 35 yaşı tamamlanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest