Türkiyə PTT I liqasında XXVIII tura start verilib. Matc.az saytının məlumatına görə, açılış oyununda "Boluspor" "Karabükspor"u qəbul edib.

Azərbaycan millisinin müdafiəçisi Ufuk Budakın formasını geyindiyi Bolu klubu doğma azarkeşləri önündə böyükhesablı qələbə qazanıb - 4:0. Yığmamızın üzvü 90 dəqiqəni əvəz edilmədən keçirib.

Bu qalibiyyət sayəsində xal ehtiyatını 42-yə çatdıran "Boluspor" turnir cədvəlində 8-ci pilləyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest