2019-20 mövsümündə "Qarabağ"ın ardından Azərbaycanı avrokuboklarda təmsil edəcək daha bir komandanın adına aydınlıq gəlib. Matc.az saytının məlumatına görə, bu, Topaz Premyer Liqasının XXIII turunda müəyyənləşib.

Belə ki, "Zirə"ni qəbul edən "Neftçi"nin qələbəsi ilk "üçlüy"ü təmin etməsi ilə nəticələnib. Bu qələbə sayəsində 4-cü sıradakı "Qəbələ" ilə  aradakı fərqi 21-ə çatdıran "ağ-qaralar" qalan 5 oyunun hamısını uduzsa da, 3-cü pillədən aşağı düşməyəcək.

Bu isə o deməkdi ki, "Neftçi" ən azı Avropa Liqasına vəsiqəni təmin edib.

Qeyd edək ki, "Neftçi" "Zirə"ni 4:2 hesabı ilə məğlub edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest