"Atletiko"nun hücumçusu Dieqo Kostanı ağır cəza gözləyir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb ulduz futbolçunun La Liqanın XXXI turunda "Barselona" ilə görüşdə qırmızı vərəqə alması olub.

Qarşılaşmanın 28-ci dəqiqəsində meydandan qovulan İspaniya millisinin üzvünün hakimi təhqir etdiyi üzə çıxıb. Belə ki, baş hakim Xesus Gil Mansano oyunun protokoluna Kostanın ardıcıl iki dəfə onun anasını söydüyünü yazıb. Nizam-İntizam Komitəsinin oyunçunu 8 oyunluq diskvalifikasiyaya məruz qoyması gözlənilir.

Qeyd edək ki, rəqibinə 0:2 hesabı ilə uduzan "Atletiko" "Barselona"dan 11 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest