"Barselona"nın kapitanı Lionel Messi növbəti rekorda imza atıb. Matc.az saytı xəbər verir ki, argentinalı superulduz buna La Liqanın XXXI turunda "Atletiko" ilə görüşdə nail olub.

Komandasının 2 qolundan birinə imza atan Leo İspaniya çempionatlarında 335-ci qələbəsini qazanıb. Bununla o, "Real"ın əfsanəvi kapitanı İker Kasilyası geridə qoyaraq, rekordçu olub.

"Atletiko" üzərində 2:0 hesablı qələbə qazanan "Barselona" rəqibi ilə aradakı xal fərqini 11-ə yüksəldib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest