Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə Qran-pri başa çatıb. Matc.az saytının məlumatına görə, son gündə Azərbaycanın 6 cüdoçusu mübarizə aparıb. Onlardan 5-i kişi, 1-i qadın idmançı olub. Millimiz son gündə 1 qızıl, 1 bürünc medal qazanıb.

 

Qran-prisi

7 aprel

Kişilər

90 kq

1/32 finalda italiyalı Lorentso Riqanonu məğlub edən Tural Safquliyev növbəti mərhələdə Xusen Xalmurzayev (Rusiya) önündə özü eyni aqibətlə üzləşib və medal şansını itirib.

 

100 kq

1/16 finalda mübarizəyə başlayan Elmar Qasımov ilk görüşdə Aloviddin Jurakulovu (özbəkistan) üstələyib. İdmançımız 1/8 finalda da Tacikistan təmsilçisi Saidzalol Saidovdan güclü olub. Lakin Qasımov 1/4 finalda Rafael Buzakariyə (Braziliya) yenilb.

Zelim Kotsoyev də ilk raunddan azad olub. O, 1/16 finalda Koffi Kreme Kobena (Fil Dişi Sahili), ardından isə Matias Madsen (Danimarkaüzərində qələbə çalıb. Zelimin 1/4 finaldakı rəqibi belçikalı Toma Nikiforova uduzub.

Nəticədə Elmar Qasımov və Zelim Kotsoyev təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Təmsilçilərimiz bu mərhələdə üz-üzə gəlib. Dueldən qalib ayrılan Qasımov bürünc medal uğrunda Misir idmançısı Ramadan Darvişlə qarşılaşıb. Rəqibini çətinliklə məğlub edən həmyerlimiz bürünc medal qazanıb.

 

+100 kq

1/16 finalda Alişer Yusupov (özbəkistan) üzərində qələbə qazanan Rüstəm Kotsoyev növbəti mərhələdə rumıniyalı Vladut Simoneskuya uduzaraq, mübarizəni dayandırıb.

Ondan fərqli Uşangi Kokauri uğurlu çıxış edib. Cüdoçumuz ardıcıl Şen Min çen (Taypey) və Mirça Kroytoruya (Rumıniya) qalib gəlib. Kokaurinin 1/4 finaldakı qurbanı isə rusiyalı Anton Krivobakov olub. Cüdoçumuz yarımfinalda gürcüstanlı Levani Matiaşvili sınağından üzüağ çıxa bilməyib. Nəticədə final ümidini itirən Kokauri bürünc medal uğrunda görüşə çıxıb. Lakin o, çexiyalı Lukas Krpalekə yenilərək, 3-cü yer ümidinin də üstündən xətt çəkib.

 

Qadınlar

+78 kq

Təmsilçimiz İrina Kindzerska mübarizəyə 1/8 finalda qoşulub. Bu mərhələdə Nominzul Dambadaryanı (Monqolustan) məğlub edən təmsilçimiz 1/4 finalda israilli Raz Herskoya şans verməyib. Nəticədə o da yarımfinala adlayıb. Kindzerska final yolunda Kseniya çibişovaya (Rusiya) da qalib gəlib. Həlledici görüşdə Bitrayz Souza (Braziliya) üzərində qələbə qazanan idmançımız qızıl medala layiq görülüb.

 

Qeyd edək ki, ilk iki gündə Rüstəm Orucov (73 kq) gümüş, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest