İspaniya La Liqa2-də XXXIII turun oyunları davam edir. Matc.az saytının məlumatına görə, günün ilk görüşündə Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun formasını geyindiyi "Alkorkon" meydana çıxıb.

Komanda liderlər qrupunda qərarlaşan "Albasete"ni qəbul edib. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib. Start heyətində meydana çıxan yığmamızın üzvü 90 dəqiqəni əvəz edilmədən keçirib.

Qeyd edək ki, "Alkorkon" 44 xalla turnir cədvəlinin 11-ci pilləsində qərlarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest