Topaz Premyer Liqasında XXIII turun "Sabah" – "Səbail" (3:1) oyunundan sonra keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Elşad Əhmədov jurnalistlərin suallarını cavablandırıb.

Matc.az saytının məlumatına görə, Əhmədov əvvəlcə görüş barədə fikirlərini bildirib: "Maraqlı oyun keçdi. Qol buraxmağımıza baxmayaraq, özümüzə gəldik. Uşaqlar istəkli oynadılar. Qalib gəldiyimizə görə sevinirik".

- Eltun Turabovu Şakir Seyidovla əvəzləməyinizin səbəbi nə idi?

- "Səbail"lə oyunlarda həmişə qol buraxmışıq. Ona görə də mərkəz müdafiəçiləri ilə oyuna başlamışdıq. Lakin ilk dəqiqələrdə qol buraxdıq və dəyişiklik etmək qərarına gəldik. İnanıram ki, Şakir gələcək oyunlarda da bizə kömək edə biləcək.

- Qələbəyə görə mükafat nəzərdə tutulub?

- Bəli, rəhbərlik paltardəyişmə otağına daxil oldu və futbolçularımı təbrik etdi. Mükafatın nə qədər olduğunu bilmirəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest