Portuqaliya Sequndasında XXVIII tur yekunlaşmaq üzrədi. Matc.az saytının məlumatına görə, Azərbaycanın gənclər millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Eştoril" səfər oyununa çıxıb.

Komanda Kovilyada eyniadlı komandanın qonağı olub. Ev sahibləri 20-ci dəqiqədə hesabı açsa da, fasilə ərəfəsində status-kvonu bərpa edən "Eştoril" ikinci hissədə daha bir qol vuraraq, əzmkar qələbə qazanıb. Renat isə qarşılaşmanı ehtiyatdan izləməklə kifayətlənib.

Bu qələbə sayəsində xal ehtiyatını 48-ə çatdıran "Eştoril" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest