Sabah Topaz Premyer Liqasında II dövrəyə start veriləcək. Matç.az saytı xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra baş tutacaq VIII turun görüşləri iki gün ərzində keçiriləcək.

Dövrənin ilk matçı Qəbələdə baş tutacaq. ötən mövsümün mükafatçıları "Neftçi" və "Qəbələ" sonuncuların meydanında qarşılaşacaq. Məğlubiyyətsiz irəliləyən Roberto Bordinin komandası liderliyini qorumaq üçün səfərdən də uğurlu nəticə ilə dönməlii. Altı turdu qalib gələ bilməyən Sənan Qurbanovun yetirmələri isə bu seriyanı qırmağa köklənib.

İlk oyun günü "Qarabağ"ın ev oyunu ilə yekunlaşacaq. Son çempion ən turnir cədvəlindəki izləyicisi "Səbail"i sınağa çəkəcək. İndiyədək bu rəqibə xal verməyən Qurban Qurbanovun yetirmələri Avropa Liqası öncəsi qələbə qazanmaq əzmindədi. Aftandil Hacıyevin komandası isə uğursuz startdan sonda əldə etdiyi mövqeyi qorumaq üçün mübarizə aparacaq.

İkinci oyun günü "qonşular"ın dueli ilə başlayacaq. Eyni xala malik "Sumqayıt"la "Sabah" növbəti xallar üçün "döyüşəcək". Nazim Süleymanovun yetirmələri ilk dövrədə darmadağın etdiyi rəqibə yenə şans verməməyə çalışacaq. Elşad Əhmədovun komandası isə turnir cədvəlində irəliləmək üçün qalib gəlməlidi.

I dövrənin uğursuzları "Keşlə" və "Zirə" "ASK Arena"da üz-üzə gələcək. İlk qələbəsini ötən tur qazanan Samir Abasovun yetirmələri təhlükəli zonadan uzaqlaşmaq üçün növbəti uğurunu qazanmalıdı. "Keşlə" isə hələ də qələbə həsrətindədi. Paytaxt derbisindəki uğursuzluq Mladen Milinkoviçin kreslosunu bir az da laxladıb, istefaya təkan ola bilər.

Topaz Premyer Liqası

VIII tur

20 oktyabr (şənbə)

17:00. "Qəbələ" – "Neftçi"
Qəbələ şəhər stadionu. Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cəmil Quliyev, Ziya Nəsirov

19:00. "Qarabağ" – "Səbail"
"Azərsun Arena". Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Nahid Əliyev, Nail Nağıyev

21 oktyabr (bazar)

17:00. "Sumqayıt" – "Sabah"
"Bayıl Arena". Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Səbuhi Bayramov

19:00. "Keşlə" – "Zirə"
"ASK Arena". Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Kamal Umudlu
 

Neftçi

7

6

1

0

15-3

19

Qarabağ

6

5

1

0

13-4

16

Səbail

7

3

1

3

7-10

10

Sumqayıt

7

3

1

3

8-8

10

Sabah

7

3

1

3

5-8

10

Qəbələ

7

1

2

4

7-10

5

Zirə

7

1

1

5

6-13

4

Keşlə

6

0

2

4

5-10

2

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest