Dünən "Sumqayıt" Futzal Məktəbinin açılışı olub. Matc.az xəbər verir ki, mərasimdə iştirak edənlərdən biri də Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov olub.

Axundov tədbirlə bağlı fikirlərini bildirib: "Sumqayıt şəhərində yeni futzal məktəbinin açılması çox əlamətdar hadisədi. "Sumqayıt" rəhbərliyinin bu addımının futzala yeni nəfəs gətirəcəyinə əminəm. Bu məktəbin açılışı ilə şəhər gənclərində futzala marağın daha da artacağına inanıram. Hazırda milli komandada da bir neçə sumqayıtlı futzalçı çıxış edir. çox sevindirici haldı ki, ölkədə bu cür futzal məktəbi ilk dəfə Sumqayıtda açılır. ümidvaram ki, bu gün burda açılışını etdiyimiz məktəbin yetirmələrinin sorağı yüksəklərdən gələcək".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest