Türkiyə PTT I liqasında XXVIII turun oyunları keçirilib. Matc.az saytının məlumatına görə, Azərbaycanın gənclər millisinin üzvü Ozan Can Kökçünün komandası "Giresunspor" öz meydanında "Gənclərbirliyi"nə uduzub - 0:1.

Görüşün 49-cu dəqiqəsində sarı vərəqə alan Ozan bununla cəzalı duruma düşüb. "Sarı" limitini dolduran gənc yarımmüdafiəçi növbəti turu buraxmalı olacaq.

"Giresunspor" XXIX turda aprelin 14-də "Karabükspor"un qonağı olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest