"Qəbələ"nin daha bir aşağı yaş qrupu üzrə komandası ölkə xaricinə yollanacaq. Matc.az-ın klubun feysbuk səhifəsinə istinadən məlumatına görə, U-17 komandası Fransada turnirə qatılacaq.

Belə ki, 10-12 mayda adıçəkilən ölkədə "Snaf Mondial Cup" beynəlxalq turniri baş tutacaq. "Qırmızı qaralar" həmin yarışa hazırlaşır.

"Qəbələnin A qrupundakı rəqibləri yerli "Monako" və "Anje", eləcə də Portuqaliyadan "Benfika" olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest