"Milan" "Tottenhem"in baş məşqçisi Mauritsio Poçettinonun xidmətində maraqlıdı. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, "rossonyerlər" argentinalı mütəxəssisə öz təkliflərini də edib.

Belə ki, 47 yaşlı çalışdırıcı "Milan"ın "sükanı arxası"na keçməyə razılıq versə, rəhbərlik ona 300 milyon funt-sterlinqlik transfer büdcəsi ayıracaq. Komanda bu mövsüm çempionlar Liqasına vəsiqə qazana bilməsə, Cennaro Qattuzo ilə müqaviləyə xitam veriləcək.

Qeyd edək ki, Mauritsio Poçettinonun "Tottenhem"lə müqavilə müddəti 2023-cü ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest