Futzal üzrə Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb. Matc.az saytı xəbər verir ki, komandamız bu gün və sabah Bakıda hazırlıq keçəcək.

Bu gün ilk məşqinə çıxan yığmamız aprelin 10-dan 12-dək Latviyada, 13-dən 17-dək isə Serbiyada təlim-məşq toplanışında olacaq. Bu müddətdə baş məşqçi Joze Alesio yetirmələrini Latviya (aprelin 11-də, 12-də) və Serbiya (15-də, 16-da) ilə yoldaşlıq görüşündə sınayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest