"Neftçi" 4 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimələnib. Həmçinin ev sahiblərinin səhlənkarlığı ucbatından qarşılaşmanın 6 dəqiqə gec başladığı aşkarlanıb. Bu da "ağ-qaralar"ın 2400 manat cərimələnməsinə səbəb olub.

Bu gün AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirilib. Matc.az saytının məlumatına görə, toplantıda Topaz Premyer Liqasının XXIII turunda keçirilən "Neftçi" – "Zirə" (4:2) görüşündə baş verən neqativ hallara hüquqi qiymət verilib.

"Neftçi" 4 futbolçusu sarı vərəqə aldığı üçün 800 manat cərimələnib. Həmçinin ev sahiblərinin səhlənkarlığı ucbatından qarşılaşmanın 6 dəqiqə gec başladığı aşkarlanıb. Bu da "ağ-qaralar"ın 2400 manat cərimələnməsinə səbəb olub. Görüş başa çatdıqdan sonra "Neftçi"nin mühafizəçiləri meydana daxil olduqlarına görə kluba ciddi xəbardarlıq edilib. Bu hal yenidən təkrarlanacağı təqdirdə, daha ciddi sanksiyalar tətbiq olunacaq.

Oyunun 90-cı dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan "Zirə"nin futbolçusu İlkin Muradov 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. Görüş başa çatdıqdan sonra rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alan "Zirə"nin qapıçısı Orxan Sadıqlı isə 3 oyunluq diskvalifikasiyaya məruz qalıb və klubunu 1600 manat xərcə salıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest