Gəlir vergisindən azadolmalar və güzəştlər artırılıb. Matc.az saytının məlumatına görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklər Milli Məclisin aprelin 9-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklik bu il Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalı və futbol üzrə 2020-ci ildə baş tutacaq Avropa çempionatının oyunları ilə əlaqədardı.

Bununla bağlı Vergi Məcəlləsinə əlavə olunması təklif edilən 102.1.34-cü maddədə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən verilmiş təsdiqedici sənəd əsasında Azərbaycanda keçiriləcək Avropa Liqasının finalı və qitə çempionatının oyunları ilə əlaqədar malların təqdim edilməsi, işlər görülməsi və xidmətlər göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində, qeyri-rezident futbol klublarının, oyunçularının və işçilərinin həmin oyunlarla bağlı əldə etdiyi gəlirləri vergidən azaddı.

Layihədə qeyd edilir ki, qanun 2019-cu il martın 1-dən 2020-ci il avqustun 1-dək qüvvədə olacaq.

Məcəlləyə dəyişiklik müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib. ONA

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest