"Səbail"in ev oyunlarını keçirdiyi "Bayıl Arena"nın adı dəyişdirilib. Bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb. Bildirilir ki, stadion fəaliyyətini bundan sonra "ASCO Arena" adı ilə davam etdirəcək.

"Səbail"in ev oyunlarını keçirdiyi "Bayıl Arena"nın adı dəyişdirilib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, stadion fəaliyyətini bundan sonra "ASCO Arena" adı ilə davam etdirəcək. Bununla bağlı "Səbail", Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) arasında müvafiq razılıq əldə olunub.

Razılaşma ilkin olaraq iki il müddəti əhatə edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest