Azərbaycanın gənclər millisinin hücumçusu Renat Dadaşov "Benfika"ya keçə bilər. Matc.az xəbər verir ki, bunu yerli maisfutebol.iol.pt saytı yayıb.

Bildirilir ki, Lissabon təmsilçisi aşağı liqada çıxış edən "Eştoril"in iki futbolçusu ilə maraqlanır. Onlardan biri ötən il məhz "Benfika"nın B komandasından "Eştoril"ə üz tutan Filipe Soareş, digəri isə "Ayntraxt"dan alınan Renat Dadaşovdu. "Benfika" rəhbərliyi yığmamızın üzvünün istedadlı olduğunu və gələcəkdə komandaya xeyir verəcəyini düşünür. Bu üzdən lissabonlular onun çıxışını müntəzəm diqqətdə saxlayır.

Qeyd edək ki, Renat Dadaşov bu mövsüm 24 oyunda 4 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest