Sərbəst güləşçimiz Cəbrayıl Həsənov Buxarestdə keçirilən Avropa çempionatının qalibi olub. Həsənov final görüşünə çıxmadan bunu bacarıb. Belə ki, 79 kq çəki dərəcəsində yarışan Cəbrayıl bu gün həlledici görüşdə Əhməd Qazıməhəmmədovla (Rusiya) üz-üzə gəlməli idi.

Sərbəst güləşçimiz Cəbrayıl Həsənov Buxarestdə keçirilən Avropa çempionatının qalibi olub. Matc.az xəbər verir ki, Həsənov final görüşünə çıxmadan bunu bacarıb.

Belə ki, 79 kq çəki dərəcəsində yarışan Cəbrayıl bu gün həlledici görüşdə Əhməd Qazıməhəmmədovla (Rusiya) üz-üzə gəlməli idi. Lakin Rusiya yığmasının həkimləri Qazıməhəmmədova döşək üzərinə çıxmağı qadağan edib. Buna səbəb idmançının ciddi zədələnməsidi. Yarımfinal görüşündə xəsarət olan Rusiya yığmasının üzvü gümüş medalla kifayətlənməli olacaq.

Bunu Rusiya millisinin baş məşqçisi Dzambolat Tedeyev Rusiya Güləş Federasiyasının rəsmi saytına açıqlamasında bildirib. O, Qazıməhəmmədovun dəyənək vasitəsilə gəzə bildiyini və final görüşünə çıxmayacağını deyib: "Əhməd bizim üçün qəhrəmandı. Təəssüf ki, həkimlər final görüşünə çıxmasına icazə vermədilər".

Bununla da Cəbrayıl Həsənov 3-cü dəfə Avropa çempionu titulunu qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest