"Neftçi"nin çempionluq mübarizəsini davam etdirməsi SOCAR-dakıları ruhlandırıb. Matc.az fanat.az-a istinadən xəbər verir ki, Bakı təmsilçisinin sponsoru mövsümün sonunda transferlərə böyük məbləğdə pul ayırmağı planlaşdırıb. Belə ki, "ağ-qaralar" uzun illərdən sonra "Qarabağ"ı qabaqlaya bilsə, çempionlar Liqasında iştirak hüququ qazansa, komandaya 3 ödənişli legionerin transferi üçün əlavə 1 milyon dollar xərcləmək imkanı yaradılacaq. Bakılılar "qızıl"a qovuşmasa, sözügedən məbləği də görməyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest