Futbolda da belədi. Gecə-gündüz deyilir, "klublar pul qazanmalı, özlərini dolandırmalıdırlar". Necə? Tv-müqavilələr yox, sponsor müqavilələri yox, reklam bazarı yox, azarkeş, bilet satışı yox... Qeyd olunanlar dünya futbol industriyasının ana xəttidi.

"Futbol+" qəzeti 20 ildən çoxdu Azərbaycan futbolundadı. Bu illər ərzində futbol ictimaiyyətinin, oxucuların rəğbətini qazanıb.

Azərbaycanda qəzetçiliyin tənəzzülə uğramasını çox vaxt elektron KİV-lə əlaqələndirirlər. Müəyyən təsiri olsa da, yanaşma fərqli olmalıdı. Belə olsaydı, inkişaf etmiş Avropada və digər ölkələrdə qəzetçilik məhv olardı. Əksinə, yaşayırlar, tirajları, nüfuzları da yerindədi. Belə ölkələrdə qəzetçilik artıq demokratiya, mədəniyyət simvoluna çevrilib.

90-ların çətin iqtisadi-siyasi dönəmlərində 100 minlərlə, milyonlarla tirajı olan qəzetlərimiz olub. İndi 3-5 minə sevinilir...

çox vaxt satışın olmamasından şikayət edilir, dərin təhlillər aparılmır, günah ancaq kollektivdə görülür.

Futbolda da belədi. Gecə-gündüz deyilir, "klublar pul qazanmalı, özlərini dolandırmalıdırlar". Necə? Tv-müqavilələr yox, sponsor müqavilələri yox, reklam bazarı yox, azarkeş, bilet satışı yox... Qeyd olunanlar dünya futbol industriyasının ana xəttidi. Azərbaycanda bunların 10%-ni həyata keçirmək üçün şərait yoxdu, mümkün deyil. Yeganə gəlir mənbəyi UEFA-dan qazanılacaq böyük vəsaitlərdi ki, bunu da tək-tək klublar edə bilir. Paralellik aparsaq, qəzetçilikdə olan durum da oxşar vəziyyətdədi.

ölkədə dotasiyasız heç bir klub, qəzet və ya futbola aid başqa qurum yaşaya bilməz. Yalnız müəyyən faiz öz xərclərini ödəyə bilərlər.

Mövcud şəraitdə "Futbol+" qəzetinin indiki mövqedən çıxış etməsi başadüşüləndi.

Qəzetin çıxılmaz vəziyyətə düşməsi, salınması, kollektivin bacarıqsızlığı deyil, ümumi durumun, haqsızlıqların nəticəsidi. Futbolda baş verən özbaşınalıqlar, dağılan, dağıdılan klublar kimi...

"Tək əldən səs çıxmaz". Birlik olmadan, dəstək verilmədən bir-bir hamı sıradan çıxacaq, çıxardılacaq. Ancaq müvəqqəti ayaqda durmaq mümkündü. Bu gün futbolda da, ümumi futbol/idman mətbuatında da durum eynidi. Dünən bir başqası, bu gün Futbol+, sabah digərini də bu aqibət gözləyir...

"Məndən/bizdən keçdi-ötüşdü" prinsipi, təfəkkürü, düşüncəsi nə vaxta kimi öz dərin köklərini salıb, belə də davam edəcək. Xilas yolu - birlikdədi.

"Baş üstə"lərə tribuna verməklə "baş"lar yerində qalır, sonda əziyyət çəkən əsl başlar, düşünən yaradıcı beyinlər olur.

Qəzetçilik bir mədəniyyətdi. "Futbol+"i, futbolu, mədəniyyətimizi qoruyaq, dəstək verək...

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest