Epizodlar yaratdıq, amma dəyərləndirə bilmədik. Komandalar arasındakı səviyyə fərqini danmaq olmaz. "Qarabağ" layiqli qələbə qazandı.
"Qarabağ" layiqli qələbə qazandı”.
Matc.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasında “Qarabağ”a 3:0 uduzan “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev deyib. Çalışdırıcı oyundan sonra mətbuat konfransında iştirak edib. “Bizim üçün ağır oyun oldu. Rəqib imkan vermədi ki, istədiyimiz futbolu meydanda göstərək. Daha çox komandamdan dinamika gözləyirdim. Epizodlar yaratdıq, amma dəyərləndirə bilmədik. Komandalar arasındakı səviyyə fərqini danmaq olmaz. "Qarabağ" layiqli qələbə qazandı. Bizim üçün hər bir xal önəmlidir. Çempionatda hər bir rəqibdən xal almaq mümkündür. Oyunlara köklənməlisən ki, xal və xallar qazanasan. Düz deyirsiniz, Ülvi keçən il daha uğurlu çıxış edirdi. Potensialı olan oyunçudur. Üzərində işləməlidir. Bizim üçün ağır olacaqdı. Mövsümün əvvəlində "Omoniya" ilə oynadıq. İki gün sonra "Sabah"a uduzduq. Bizim kimi komandalara ağır olur. Amma "Qarabağ"ın heyəti genişdir. Onlar üçün rotasiyaya etmək rahatdı. Hələ baxmamışam. Rahat qol olmur. Rəqibin də vurduğu qolu kiçiltmək lazım deyil. Sadəcə boşluqdan istifadə etdilər”.