"Şükürlər olsun, Allah qismət elədi. Yarışdan əvvəl əsas rəqiblərimin Gürcüstan və Rusiya güləşçilərinin olduğunu demişdim. İlk görüşdə çox enerji sərf etdim"

"Sonuncu dəfə 2011-ci ildə Avropa çempionu olmuşdum. Həqiqətən də bu yarışda yenidən çempion olmağı çox arzulayırdım". Matc.az saytının məlumatına görə, bu sözləri sərbəst güləş üzrə milli komandamızın kapitanı Cəbrayıl Həsənov deyib.

Rumıniyada keçirilən Avropa çempionatında bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanan pəhləvanımız Azərbaycan Güləş Federasiyasının saytına açıqlama verib: "Şükürlər olsun, Allah qismət elədi. Yarışdan əvvəl əsas rəqiblərimin Gürcüstan və Rusiya güləşçilərinin olduğunu demişdim. İlk görüşdə çox enerji sərf etdim. Yorulmuşdum və hesabda geridə idim. Ancaq geridönüş edə bildim. Ən çətin görüşüm də məhz gürcü ilə qarşılaşmam oldu".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest